​“28 Cinema”da uzun müddət gözlənilən “Aclıq oyunları 2” filminin premyera öncəsi nümayişi keçirilib - FOTO/VİDEO

​“28 Cinema”da uzun müddət gözlənilən “Aclıq oyunları 2” filminin premyera öncəsi nümayişi keçirilib - FOTO/VİDEO Azərbaycanda ilk dəfə olaraq kinoteatra 100 kq artıq quru yarpaq və budaq gətirilib
Multimedia
20 Noyabr , 2015 17:14
​“28 Cinema”da uzun müddət gözlənilən “Aclıq oyunları 2” filminin premyera öncəsi nümayişi keçirilib - FOTO/VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı olan “28 Cinema”da 2015-ci ilin ən yüksək reytinqli filmlərindən olan “Aclıq oyunları 2” filminin qapalı premyera öncəsi nümayişi keçirilib. "Report" xəbər verir ki, bu gecə üçün xüsusi bəzədilmiş foyedə qonaqlar üçün furşet təşkil olunub. Tədbirin yaddaqalan hissələrindən biri də səhnəyə filmdə canlanan obrazlara oxşayan aktyorların çıxışı və xüsusi hazırlanmış musiqili şou olub. Gecənin qonaqları məşhur jurnalistlər, bloggerlər, şou-biznes nümayəndələri və böyük şirkət sahibləri olub.

Tədbir zamanı kinoteatr ərazisində təbii meşə əhval-ruhiyyəsi yaratmaq üçün Azərbaycanda ilk dəfə olaraq kinoteatra 100 kq artıq quru yarpaq və budaq gətirilib. Məhz belə şəraitdə rejissor Frensis Lourens kinonun əsas epizodlarını çəkib. Şou filmin qapalı nümayişi ilə sona çatıb.

Tədbirdə "Walt Disney" şirkəti tərəfindən təyin edilmiş qadağalar olub: belə ki, zala daxil olan hər tamaşaçıdan mobil telefonlarını təhvil vermək xahişi olunub. Bu, kino nümayişi zamanı hər hansı gizli çəkilişin olmasının qarşısını almaq məqsədilə edilib.

Son xəbərlər

Orphus sistemi