Zahid Oruc: "Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər"

Zahid Oruc: "Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər" Bakı. 1 fevral. REPORT.AZ/ “Azərbaycanda çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə, qum, çınqıl balaca varlıqdır, onlar yanılırlar, çünki bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır”.
Milli Məclis
1 Fevral , 2018 12:55
Zahid Oruc: Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc / Report

Bakı. 1 fevral. REPORT.AZ/ “Azərbaycanda çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə, qum, çınqıl balaca varlıqdır, onlar yanılırlar, çünki bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır”.

“Report”un xəbərinə göprə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O vurğulayıb ki, çayların özəl sahibi yoxdur, Misir dövrü deyil ki, çayı hissə-hissə bölüb fironluq etsinlər: “Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Parlamentin sədri Oqtay Əsədov da Z.Oruca belə cavab verib: “Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunları qəbul edir, dəyişikliklər edir. Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin öz funksiyası var. Qanunvericiliyin də öz istiqaməti var. Yəni hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz”.

Son xəbərlər

Orphus sistemi