Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyalarda sosial pedaqoqların təmsil olunması təklif edilir

Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyalarda sosial pedaqoqların təmsil olunması təklif edilir Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların tərkibində sosial pedaqoqların təmsil olunmasına böyük ehtiyac var.
Milli Məclis
6 Dekabr , 2024 14:53
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyalarda sosial pedaqoqların təmsil olunması təklif edilir
Mehriban Vəliyeva

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların tərkibində sosial pedaqoqların təmsil olunmasına böyük ehtiyac var.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bu, beynəlxalq təcrübədə də diqqəti cəlb edən məsələdir:

“Adətən, psixoloqlar uşaqların psixoloji vəziyyəti ilə bağlı məsələləri tənzimləyir, reabilitasiya işləri ilə məşğul olurlar. Amma ailə və qurum, ailə və uşaq arasındakı münasibətləri tənzimləyən sosial pedaqoqlara çox böyük ehtiyac var. Bu ştatlar Sosial Xidmətlər Agentliyində, Uşaq Müdafiəsi İdarəsində artıq yaradılıb. Həmin pedaqoqların komissiyaların fəaliyyətinə cəlb edilməsi əhəmiyyətli ola bilər”.

Son xəbərlər

Orphus sistemi