Yaxın dörd ildə Azərbaycan əhalisinin gəlirlərində proqnozlaşdırılan artım açıqlanıb

Yaxın dörd ildə Azərbaycan əhalisinin gəlirlərində proqnozlaşdırılan artım açıqlanıb 2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 faiz ətrafında proqnozlaşdırılır.
Maliyyə
5 Noyabr , 2021 12:37
Yaxın dörd ildə Azərbaycan əhalisinin gəlirlərində proqnozlaşdırılan artım açıqlanıb

2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 % ətrafında proqnozlaşdırılır.

"Report"un xəbərinə görə, bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacaq.

Proqnoza görə 2022-ci ildə əhalinin gəlirlərində illik real artım tempi 2021-ci il ilə müqayisədə 4,2 % olacaq. Belə ki, növbəti ildə əhalinin illik gəlirləri 63 mlrd 327,8 mln manat təşkil edəcək. 2023-cü ildə əhalinin gəlirləri illik real artım tempi 4,5 % olmaqla 68 mlrd 356 mln manat, 2024-cü ildə illik real artım tempi 4,1 % olmaqla 73 mlrd 424,2 mln manat, 2025-ci ildə isə illik real artım tempi 3,9 % olmaqla 78 mlrd 714 mln təşkil edəcək.

Yaxın dörd ildə əhalinin xərclərinin illik real artım tempi 2022-ci ildə 4,1 %, 2023-cü ildə 4,3 %, 2024-cü ildə 4 %, 2025-ci ildə 3,7 % olmaqla müvafiq olaraq 58 mlrd 410,8 mln manat, 62 mlrd 933,9 mln manat, 67 mlrd 562,6 mln manat və 72 mlrd 276,4 mln manat olacaq.

Sənədə əsasən, orta aylıq əmək haqqı üzrə real artım tempi 2022-ci ildə 4,5 %, 2023-cü ildə 1,9 %, 2024-cü ildə 2 %, 2025-ci ildə isə 2,4 % olacaq və orta aylıq əmək haqqı müvafiq olaraq 807,6 manat, 850,6 manat, 895,5 manat və 946,1 manat təşkil edəcək. Eyni zamanda ümumi məşğulluq üzrə artım tempinin 2022-ci ildə 1 %, 2023, 2024 və 2025-ci illərdə 0,6 % olacağı proqnozlaşdırılıb. Proqnoza görə Azərbaycanda ümumi məşğulluq səviyyəsi 2022-ci ildə 5 mln 20,4 min nəfər, 2023-cü ildə 5 mln 49,9 min nəfər, 2024-cü ildə 5 mln 77,7 min nəfər və 2025-ci ildə isə 5 mln 106,5 min nəfər olacaq.

Son xəbərlər

Orphus sistemi