Milli Məclisə seçkilərlə əlaqədar "yap2020.az" saytı fəaliyyətə başlayıb

Milli Məclisə seçkilərlə əlaqədar "yap2020.az" saytı fəaliyyətə başlayıb Yeni Azərbaycan Partiyasının (YAP) ölkədə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsini əhatə edəcək yap2020.az seçki saytı fəaliyyətə başlayıb.
Milli Məclis
21 Yanvar , 2020 13:51
Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az saytı fəaliyyətə başlayıb
Milli Məclis / Report

Yeni Azərbaycan Partiyasının (YAP) ölkədə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsini əhatə edəcək "yap2020.az" seçki saytı fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, “Daha güclü Azərbaycan naminə!” şüarı ilə təqdim edilən seçki saytında “Seçki proqramı”, “Xəbərlər”, “Müsahibələr” və “Namizədlər” bölmələri yaradılıb.

"Seçki proqramı” bölməsində bildirilir ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası bu seçkilərə böyük ruh yüksəkliyi və möhtəşəm qələbə əzmi ilə qatılır. Bölmədə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etdirilməsinın hədəfləri qeyd olunur. Eləcə də ölkəmizdə vətəndaş həmrəyliyinin gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsinin əsas məqsədlərindən biri olduğu vurğulanır.

“Xəbərlər” və “Müsahibələr” bölmələrində isə parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri və namizədlərin müsahibələri təqdim olunur.

Saytın “Namizdələr” bölməsinə gəlincə, burada Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər haqqında məlumatlar verilir.

Bundan əlavə, "yap2020.az" saytında namizədlərin videomüsahibələri də əksini tapır.

Həmçinin saytda son beş il ərzində uğurlarımız barəsində və ölkəmizin daha da inkişafı üçün 10 əsas vəzifə haqqında məlumatlar verilir.

Son xəbərlər

Orphus sistemi