Azərbaycanda narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji reablitasiya və psixoloji korreksiya kursu aparılacaq.
“Report” xəbər verir ki, bununla bağlı “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 5-ci (Narkoloji xidmətin və nəzarətin həyata keçirilməsinin ümumi şərtləri) maddəsinin 7-ci bəndinə əsasən, hər bir narkoloji xəstənin səhhəti üzərində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş narkoloji xəstəliklərin müalicəsi üsullarına riayət etməklə, fərdi nəzarət tətbiq edilir. Narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya kursu aparılmalıdır.
Dəyişikliklə bu bənddə dəqiqləşdirmə aparılıb. Belə ki, bundan sonra narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji reablitasiya və psixoloji korreksiya kursu aparılacaq.