Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir
Milli Məclis
23 Aprel , 2021 14:18
Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbərinə görə, layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir.

Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi