Bakı. 19 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına daxil olan bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
"Həkim-xəstə münasibətlərinə ciddi yanaşılmasını, xəstələrin, o cümlədən, həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsini, müalicə prosesində qarşılıqlı vəzifələri müəyyən edən müqaviləli sistemə keçidin sürətləndirilməsi zəruridir", - deyə məruzə sənədində bildirilib.