Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq olunacaq

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq olunacaq Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb
Milli Məclis
21 May , 2021 16:04
Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq olunacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi