Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni I oxunuşda təsdiqlədi

Milli Məclis
  • 21 may, 2021
  • 12:04
Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni I oxunuşda təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

44 - Tezliklə