Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlərin hazırlanması barədə layihə I oxunuşdan keçdi

Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlərin hazırlanması barədə layihə I oxunuşdan keçdi “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb
Milli Məclis
21 May , 2021 16:10
Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlərin hazırlanması barədə layihə I oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları haqqında elmi-populyar verilişlər hazırlayacaq, maarifləndirici layihə və proqramlar həyata keçirəcəklər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi