Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı Ali Məhkəmədən açıqlama

Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı Ali Məhkəmədən açıqlama “Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqinə ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil”
Milli Məclis
25 İyun , 2021 14:54
Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı Ali Məhkəmədən açıqlama
0 : 00
0 : 00

“Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqinə ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil”.

“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəyişikliklə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər:

“Bu da əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarısının alınması məqsədi daşıyır”.

Son xəbərlər

Orphus sistemi