Parlament valideyn himayəsindən məhrum olan 18 yaşına çatan şəxslərlə bağlı dəyişikliyi təsdiqləyib

Parlament valideyn himayəsindən məhrum olan 18 yaşına çatan şəxslərlə bağlı dəyişikliyi təsdiqləyib Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə son oxunuşda qəbul edilib.
Milli Məclis
24 Oktyabr , 2023 12:31
Parlament valideyn himayəsindən məhrum olan 18 yaşına çatan şəxslərlə bağlı dəyişikliyi təsdiqləyib

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə son oxunuşda qəbul edilib.

"Report"un xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq.

Həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxandan sonra ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər. İndi həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq. Eyni zamanda onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq.

Layihə müzakirələrdən sonra III oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi