Valeh Ələsgərov: “Qarabağ münaqişəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır”

Valeh Ələsgərov: “Qarabağ münaqişəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır” Bakı. 7 may. REPORT.AZ/ “Bakı-Tbilisi-Supsa neft-ixrac boru kəmərinin Gürcüstandan keçən hissəsindən 1.5 kilometr aralı ərazidə Cənubi Osetiyada yuridiksiyasi dəqiq məlum olmayan qoşun hissələri var. Ermənistanda hər hansı bir siyasi problem yarananda, ölkə rəhbərliyi özünün qəhrəmanlığını göstərmək üçün belə bir şüarla çıxış edir ki, lazım olarsa, Azərbaycanın valyuta ehtiyatlarını artıran Bakı-Tbilisi-Ceyhan boru kəmərini partlada bilərik. Ona görə də bu münaqişələr dondurulmayıb”.
Milli Məclis
7 May , 2018 17:20
Valeh Ələsgərov: “Qarabağ münaqişəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır”

Bakı. 7 may. REPORT.AZ/ “Bakı-Tbilisi-Supsa neft-ixrac boru kəmərinin Gürcüstandan keçən hissəsindən 1.5 kilometr aralı ərazidə Cənubi Osetiyada yuridiksiyasi dəqiq məlum olmayan qoşun hissələri var. Ermənistanda hər hansı bir siyasi problem yarananda, ölkə rəhbərliyi özünün qəhrəmanlığını göstərmək üçün belə bir şüarla çıxış edir ki, lazım olarsa, Azərbaycanın valyuta ehtiyatlarını artıran Bakı-Tbilisi-Ceyhan boru kəmərini partlada bilərik. Ona görə də bu münaqişələr dondurulmayıb”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

O qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır: “Biz bu problemləri çözə bilərik. Bu münaqişələrin təməlində etnik və dini problemlər durmur. Bu münaqişələr sərmayəçilər üçün təhlükədir”.

Son xəbərlər

Orphus sistemi