Milli Məclisin keçmiş vitse-spikeri deputatlardan şikayətlənib

Milli Məclisin keçmiş vitse-spikeri deputatlardan şikayətlənib Milli Məclisin keçmiş vitse-spikeri, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatlardan şikayətlənib.
Milli Məclis
27 May , 2022 13:13
Milli Məclisin keçmiş vitse-spikeri deputatlardan şikayətlənib
Valeh Ələsgərov

Milli Məclisin keçmiş vitse-spikeri, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatlardan şikayətlənib.

“Report”un xəbərinə görə, o, parlamentin bu gün keçirilən iclasında “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişikliklər layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib ki, 7 aya yaxın müddətdə deputatlarla bu binada oturub:

“Bir nəfər olsun gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burda oturduğumuzla maraqlanmadı. Buna görə də xahiş edirəm, əgər imkan varsa, gəlin yerində bütün məsələlərə baxın”.

Son xəbərlər

Orphus sistemi