Uzun fasilədən sonra bu il Rəqabət Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
"Report"un xəbərinə görə, layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il payız sessiyası üçün iş planına daxil edilib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.