Türkiyə və Azərbaycan parlamentariləri arasında görüş olub

Türkiyə və Azərbaycan parlamentariləri arasında görüş olub Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvləri arasında görüş keçirilib.
Milli Məclis
18 İyul , 2023 16:19
Türkiyə və Azərbaycan parlamentariləri arasında görüş olub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvləri arasında görüş keçirilib.

"Report" xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu dilə gətirib.

O, Fuat Oktayın Türkiyənin vitse-prezidenti olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, onun TBMM-in Xarici əlaqələr komitəsinə rəhbərliyinin həm Türkiyə, həm də Azərbaycan üçün uğurlu olacağına inamını ifadə edib.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyən Səməd Seyidov dövlət başçılarımızın dostluğu sayəsində bu gün ən yüksək səviyyədə olan strateji tərəfdaşlığımız və müttəfiqliyimizdən söz açıb.

Komitə sədri Azərbaycan və Türkiyə arasında parlamentlər səviyyəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığını yüksək dəyərləndirib. Səməd Seyidov Azərbaycan və Türkiyə müttəfiqliyinin, xarici siyasət sahəsində əməkdaşlığının dünyada barışığa və sabitliyə xidmət etdiyini, o cümlədən Cənubi Qafqazda sülhə və regional tərəqqiyə mühüm töhfələr verdiyini bildirib.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edərək münasibətlərimizin gələcək perspektivlərindən danışıb.

Sonra Milli Məclisin deputatları Asim Mollazadə və Nəsib Məhəməliyev, TBMM-in üzvləri Kürşat Zorlu və Utku Çakırözer çıxış edərək iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini səsləndiriblər.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Nigar Arpadarai, Sahib Alıyev, Cavanşir Feyziyev, Sevil Mikayılova, Rasim Musabəyov, Kamran Bayramov, TBMM-in millət vəkilləri Ceyda Bölünmez Çankırı, İsmail Özdemir, Mahmut Rıdvan Nazırlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi