Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılır

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılır Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılır.
Milli Məclis
21 İyun , 2024 13:14
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılır

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliyə əsasən, cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır.

Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi