Siyavuş Novruzov: “Ölkədə yüzminlərlə qeyri-qanuni tikinti var”

Siyavuş Novruzov: “Ölkədə yüzminlərlə qeyri-qanuni tikinti var” “Bu gün ölkədə yüzminlərlə qeyri-qanuni tikinti var. Bunun da böyük hissəsi məhz bələdiyyələrin ərazisində tikilib”.
Milli Məclis
1 Fevral , 2023 16:13
Siyavuş Novruzov: “Ölkədə yüzminlərlə qeyri-qanuni tikinti var”

“Bu gün ölkədə yüzminlərlə qeyri-qanuni tikinti var. Bunun da böyük hissəsi məhz bələdiyyələrin ərazisində tikilib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qanunsuz tikililərə görə bələdiyyələr vergi toplaya bilmir, çünki evlərin sənədi yoxdur:

“İlk növbədə torpaq mülkiyyətçisinin müəyyənləşdirilməsi dəqiqləşdirilməlidir. Kimsə istədiyi yerdə ev tikə bilməz. Pay torpağında tikilən evlərin sənədləşdirilməsi mümkün deyil. Ona görə də vətəndaşlara izah edilməlidir. Əkin üçün yararlı olan sahələrə ciddi diqqət yetirilməlidir. Torpaqların hər birinin suvarılması və icarəyə verilməsində də problemlər mövcuddur”.

S.Novruzov əlavə edib ki, bu gün hələ də bələdiyyələrə məxsus torpaqların xəritələri verilmir:

“Bu səbəbdən də bələdiyyələr qazi və şəhid ailələrini ev tikintisi ilə bağlı torpaqla təmin edə bilmir”.

Son xəbərlər

Orphus sistemi