Deputat hakimlərin sayının artırılmasını təklif edib

Deputat hakimlərin sayının artırılmasını təklif edib “Hesab edirəm ki, hakimlərin sayı yenidən artırılmalıdır”.
Milli Məclis
5 May , 2020 11:22
Deputat hakimlərin sayının artırılmasını təklif edib

“Hesab edirəm ki, hakimlərin sayı yenidən artırılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bu yaxınlarda cənab Prezidentə olan müraciətlərdən görürük ki, bir icra başçısı insanların əmlakını tutub əlindən alır. Ədalət mühakiməsini həyata keçirən qalır kənarda, icra başçısı deyir ki, şəhadətnaməni gətirin seyfimdə saxlayacam. Burada ədalətli qərarın rolu həddindən artıq böyükdür”, - S.Novruzov əlavə edib.

O deyib ki, Ermənistanda hər gün insanları öldürürlər, güllələyirlər:

“Amma Azərbaycandan bir şikayət gedəndə ki, Əli Kərimlinin dostuyam mürəkkəbi qurumamış Avropa Məhkəməsində qərar çıxarırlar. Hesab edirəm ki, məhkəmə sistemində bundan sonra da yeniliklər davam edəcək. Hakimləri yaşa görə yox, əməyinə görə qiymətləndirmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi