Siyavuş Novruzov: “Bakıda Dağlıq Qarabağ adı altında keçirilən kütləvi aksiyalar çaşqınlıq yaratmağa xidmət edir”

Siyavuş Novruzov: “Bakıda Dağlıq Qarabağ adı altında keçirilən kütləvi aksiyalar çaşqınlıq yaratmağa xidmət edir” Bakı. 5 oktyabr. REPORT.AZ/ “Son dövrlərdə bir qrup insanın Bakıda Dağlıq Qarabağ adı altında keçirdiyi müxtəlif kütləvi aksiyaların Qarabağla heç bir bağlılığı yoxdur”.
Milli Məclis
5 Oktyabr , 2018 12:31
Siyavuş Novruzov: “Bakıda Dağlıq Qarabağ adı altında keçirilən kütləvi aksiyalar çaşqınlıq yaratmağa xidmət edir”

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Son dövrlərdə bir qrup insanın Bakıda Dağlıq Qarabağ adı altında keçirdiyi müxtəlif kütləvi aksiyaların Qarabağla heç bir bağlılığı yoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu, Azərbaycan xalqında çaşqınlıq yaratmağa xidmət edir: “Azərbaycanın ərazi bütövlüyü əsas şərt kimi gündəmdədir. Azərbaycan cəmiyyəti də bu məsələdə Prezidenti dəstəkləyir. Prezident aparılan danışıqlarla bağlı ictimaiyyət qarşısında hesabat verir. Xalq Prezidenti seçib, ona səlahiyyət verib ki, bu hüquq Prezidentə məxsusdur. İndi 1990-cı ilin təfəkküründə olan insanlar deyir mitinq keçirilməlidir ki, xarici təşkilatlar Prezidentə təzyiq edildiyini görsünlər. Belə çıxır ki, Azərbaycan Prezidenti hansısa güzəştə getməyə razıdır və ictimai təzyiqin nəticəsində güzəştlərə getmir. Bu nə düşüncədir, bu nə təfəkkürün məhsuludur?! Prezident tərəfindən ən kəskin mövqe bildirilib”.

S.Novruzov bildirib ki, Azərbaycan xalqının verdiyi səlahiyyətə uyğun olaraq bu proseslər davam etdirilir: “Burada hansı təzyiqdən söhbət gedə bilər? Qarabağ Azərbaycanındır. Azərbaycan həm danışıqlarda, həm də ordunun gücləndirilməsində və digər məsələlərdə buna hazırlığını sübut edib. Bu il keçirilən iki parad bunun bariz nümunəsidir. Ən müasir silahların nümayiş etdirilməsi bilavasitə mesajdır ki, məsələ sülh yolu ilə həll edilməyəcəksə, digər yollarla da bunu həll etməyə hazırıq. Avropada oturub çağırış edənlərin və Azərbaycanda onlara dəstək verilməsi düzgün deyil. Birinci Qarabağ müharibəsində hər bir azərbaycanlı necə döyüşüb, mübarizə aparıbsa, bundan sonra da belə olacaq. Burada “mənim və sənin” məsələsi ola bilməz. Aksiyaya qoşulmayanları qınağa məruz qoymaq nəyə xidmət edir? Dağlıq Qarabağ münaqişəsi hər hansısa futbol meydançasında həll ediləcək məsələ deyil”.

Son xəbərlər

Orphus sistemi