“Siyasi partiyalar haqqında” yeni bir qanun qəbul edilməlidir. Həmin qanunda hakimiyyətlə siyasi partiyalar arasında münasibət dəqiq göstərilməlidir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, “Siyasi vəzifəlilər haqqında” da qanun qəbul edilməldir: “Orada qeyd edilsin ki, kim məmur, kim dövlət işi və kim dövlət qulluğu ilə məşğuldur”.