Səməd Seyidov: “AŞPA-nın qərarı mənim üçün qüsur yox, şərəfdir”

Səməd Seyidov: “AŞPA-nın qərarı mənim üçün qüsur yox, şərəfdir” Bakı. 18 may. REPORT.AZ/ “AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”.
Milli Məclis
18 May , 2018 12:41
Səməd Seyidov: “AŞPA-nın qərarı mənim üçün qüsur yox, şərəfdir”
AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ “AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar: “Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartlardır. Azərbaycan öz haqq sözünü deyəndə sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.

Son xəbərlər

Orphus sistemi