Konstitusiya Məhkəməsinin iclasının əsas hissəsi yekunlaşıb, hakimlər müşavirəyə gedib - FOTO - YENİLƏNİB-2

Konstitusiya Məhkəməsinin iclasının əsas hissəsi yekunlaşıb, hakimlər müşavirəyə gedib - FOTO - YENİLƏNİB-2 Hakimlər müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı qərarı açıqlanacaq
Milli Məclis
24 Noyabr , 2015 10:25
Konstitusiya Məhkəməsinin iclasının əsas hissəsi yekunlaşıb, hakimlər müşavirəyə gedib - FOTO - YENİLƏNİB-2

Bakı. 24 noyabr. REPORT.AZ/ Seçkilərin nəticələri ilə bağlı rəy verən Dövlət Statistika Komitəsinin baş məsləhətçisi Ulduzə Həmidova qeyd edib ki, MSK-nın seçkilərin nəticələri ilə bağlı yekun protokolu Seçki Məcəlləsinin tələblərinə tam cavab verir.

Bundan sonra hakimlər müşavirəyə gediblər. Hakimlər müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı qərarı açıqlanacaq. 

*** 09:36 

Bu gün noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirilir.

"Report" xəbər verir ki, iclası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıq elan edib. 

O deyib ki, Konstitusiya Məhkəməsinin bütün hakimləri iştirak etdiyi üçün plenum səlahiyyətlidir.

Sonra məruzəçi hakim Kamram Şəfiyev Milli Məclisə seçkilərin keçirilməsinin və elan edilməsinin hüquqi əsaslarına dair məruzə ilə çıxış edib.

Hakim Rəfael Qvaladze MSK-nın parlament seçkilərinin nəticələrinə dair təqdim etdiyi protokolun araşdırılması prosesi barədə məlumat verib.

Bildirilib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar Respublika Prokurorluğuna 23 müraciət daxil olub.

Seçkilərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə 63, Sumqayıt Apellyasiya Məhkəməsinə 13, Gəncə Apellyasiya Məhkəməsinə 8, Şirvan Apellyasiya Məhkəməsinə 3, Şəki Apellyasiya məhkəməsinə 15 şikayət daxil olub. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə seçki ilə bağlı isə seçki şikayəti daxil olmayıb.

İclasda seçkilərin yekunları ilə bağlı plenumun qərarı elan olunacaq.

Son xəbərlər

Orphus sistemi