Azərbaycanla "KfW" bankı arasında yardım müqaviləsinin müddəti artırılıb

Azərbaycanla "KfW" bankı arasında yardım müqaviləsinin müddəti artırılıb Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Maliyyə Nazirliyi ilə Almaniyanın "KfW" bankı arasında 10 yanvar 2006-cı ildə Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində imzalanmış, “Samur-Yalama Milli Parkının yara
Milli Məclis
403
20 Dekabr , 2021 11:20
Azərbaycanla KfW bankı arasında yardım müqaviləsinin müddəti artırılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Maliyyə Nazirliyi ilə Almaniyanın "KfW" bankı arasında 10 yanvar 2006-cı ildə Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində imzalanmış, “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report” xatırladır ki, müqavilə "KfW"nin Azərbaycana əvəzsiz olaraq 2,5 milyon avro yardım etməsini nəzərdə tutur.

Müqavilə çərçivəsində 17 sentyabr 2020-ci il tarixinə qədər Maliyyə Nazirliyi 1,673 milyon avro yardım alıb. Qanun layihəsinə əsasən, növbəti ödənişlər üçün 30 dekabr 2026-cı il tarixinə qədər hüquqi çərçivə təmin edilir və KfW 31 dekabr 2009-cu il tarixindən sonra deyil, 30 dekabr 2026-cı ildən sonra ödəniş etməkdən imtina etmək hüququna malik olacaq.

Müqaviləyə görə, KfW ilə Resipient arasında qarşılıqlı hüquqi münasibətlər layihənin icra müddəti başa çatdıqdan sonra, bu Müqavilənin imzalandığı tarixdən 15 il dən gec olmayaraq bitəcəkdi. İndi isə bu müddət 30 dekabr 2027-ci il tarixinə qədər dəyişdirilir.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi