Samir Şərifov: "Büdcə xərclərinin icrasında problemlər xarici kreditlərin mənimsənilməsilə bağlıdır"

Samir Şərifov: "Büdcə xərclərinin icrasında problemlər xarici kreditlərin mənimsənilməsilə bağlıdır" "Azərbaycanda dövlət büdcəsi xərclərinin icrasında bir sıra problemlər xarici kreditlərin mənimsənilməsi ilə bağlıdır. Onların dövlət investisiya proqramındakı hissəsi təxminən 610 milyon manatdır".
Milli Məclis
10 Noyabr , 2021 14:55
Samir Şərifov: Büdcə xərclərinin icrasında problemlər xarici kreditlərin mənimsənilməsilə bağlıdır
Samir Şərifov

"Azərbaycanda dövlət büdcəsi xərclərinin icrasında bir sıra problemlər xarici kreditlərin mənimsənilməsi ilə bağlıdır. Onların dövlət investisiya proqramındakı hissəsi təxminən 610 milyon manatdır".

"Report"un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib.

"Xarici kreditlərin yalnız 200 milyon manatlıq hissəsi bu günə qədər istifadə olunub, yerdə qalan hissəsi müəyyən səbəblərdən icraçı təşkilatların onların icrasında üzləşdirkləri problemlərlə bağlı istifadə olunmayıb. Kimdən soruşursan ki, siz bu xərcləri ilin sonuna qədər icra etmək iqtidarındasınız, cavablar müsbətdir. Bəli, biz hamısını icra edəcəyik. Amma biz görürük ki, icra səviyyəsi aşağıdır. Bununla bağlı bəzi tədbirlərin görülməsinə ehtiyac var", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi