Sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair layihə təsdiqlənib

Sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair layihə təsdiqlənib Azərbaycanda sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair layihə təsdiqlənib.
Milli Məclis
24 İyun , 2023 11:15
Sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair layihə təsdiqlənib

Azərbaycanda sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair layihə təsdiqlənib.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi lll oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar aşağıdakı nəqliyyat vasitələrini utilizasiyaya verə biləcək:

- Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq lll oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi