Azərbaycan və Serbiya spikerləri AŞPA-nın ikili standartlara əsaslanan siyasətini tənqid edib

Azərbaycan və Serbiya spikerləri AŞPA-nın ikili standartlara əsaslanan siyasətini tənqid edib Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.
Milli Məclis
25 Mart , 2024 16:25
Azərbaycan və Serbiya spikerləri AŞPA-nın ikili standartlara əsaslanan siyasətini tənqid edib

Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç AŞPA-da müşahidə olunan ikili standartları tənqid ediblər.

"Report" xəbər verir ki, bu barədə tərəflərin Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsindəki görüşündə məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər Azərbaycan və Serbiya arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.

Serbiya Parlamentinin spikeri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası vasitəsilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb.

Bildirilib k, qanunverici orqanlar arasında əlaqələr iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.

Görüşdə tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək qeyd ediblər ki, bu AŞPA-nın üzərinə götürdüyü vəzifələr və missiyası ilə ziddiyyət təşkil edir.

Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.

Söhbət zamanı, həmçinin qeyd edilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya Parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib. Spiker Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi