Konqo Prezidenti: Sülhpərvər dövlətlərin müstəmləkəçilik siyasətinə qarşı birgə mübarizəsi çox vacibdir

Konqo Prezidenti: Sülhpərvər dövlətlərin müstəmləkəçilik siyasətinə qarşı birgə mübarizəsi çox vacibdir Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis
4 Aprel , 2024 18:55
Konqo Prezidenti: Sülhpərvər dövlətlərin müstəmləkəçilik siyasətinə qarşı birgə mübarizəsi çox vacibdir

Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır.

"Report" xəbər verir ki, bunu aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O bildirib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir: "Ona görə də bizim ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparacağıq".

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verərək, bəzi ölkələrin, o cümlədən Fransanın Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyini, regionda qeyri-sabitlik yaratmaq, neokolonializm siyasətini regiona gətirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi