Ermənistanla Azərbaycan arasında sülh sazişinin perspektivi indi realdır. Cənubi Qafqazda sabitliyin bərqərar olacağı gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 2-də keçirilən plenar iclasında deyib.
Parlamentin sədri qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkə ərazisində qanunsuz qalan erməni silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib:
“Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub”.