Yuxarı

Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin iclası keçiriləcək
Dinlə

1119

© Report — Milli Məclis

Sabah – martın 30-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, parlamentin sabahkı iclasının gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar “Tibbi sığorta haqqında”, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin komitələri haqqında”, İnzibati Xətalar Məcəlləsi, Milli Məclisin Daxili Nizamnaməsi və s. qanunlara dəyişiklik layihələridir.

Bundan əlavə, iclasda “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi də müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi