Sabah Bakıda TÜRKPA-nın komissiya iclası keçiriləcək

Milli Məclis
  • 21 aprel, 2022
  • 06:43
Sabah Bakıda TÜRKPA-nın komissiya iclası keçiriləcək

Sabah Bakıda TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısı keçiriləcək.

"Report"un xəbərinə görə, tədbir Azərbaycan parlamentində təşkil olunacaq.

Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasının nümayəndə heyətləri iştirak edəcək.