Reyestrsiz dərmanın reseptə yazılmasına görə cərimələrin artırılması ilk oxunuşda təsdiqlənib

Reyestrsiz dərmanın reseptə yazılmasına görə cərimələrin artırılması ilk oxunuşda təsdiqlənib Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır.
Milli Məclis
10 Dekabr , 2024 12:51
Reyestrsiz dərmanın reseptə yazılmasına görə cərimələrin artırılması ilk oxunuşda təsdiqlənib

Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır.

"Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, "Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi