“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul olunub

“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul olunub Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
12 Oktyabr , 2021 12:13
“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.

“Report”un xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

11:30

Hazırda Milli Məclisin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam edir.

"Report"un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Son xəbərlər

Orphus sistemi