Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
"Report"un xəbərinə görə, komitə sədri Əhliman Əmiraslanov iclasda 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib.
O qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.