“Rəhmətlik Murtuz Ələsgərovun vaxtında hamı bildirdi ki, hər həftənin ikinci və beşinci günləri parlamentin iclasıdır. Hesab edirəm ki, parlamentin iclaslarının sayı artırılmalıdır”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.
O, deputatlara çıxış etmək üçün şərait yaradılmalıdır:
“Cari məsələlər zamanı deputatlara çıxış üçün imkan yaradılmalıdır”.
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, demək olar ki, hər həftənin 2-5-ci günləri iclas olur:
“Deputatlara da çıxış etmək imkanı yaradılır. Əgər müəyyən edilən vaxta kimi kiməs çıxış edə bilməzsə, çıxışını katibliyə təqdim edə bilər. Həmçinin parlamentdə olan jurnalistlərə açıqlamalar və müsahibələr verə bilər”.