Azərbaycanda qrantlarla bağlı vahid informasiya sisteminin yaradılmasına dair layihə qəbul edilib.
"Report"un xəbərinə görə, “Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası qanununda 3-cü maddənin yeni 2-2-ci hissəsində qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub.
Dəyişiklik layihəsi lll oxunuşda qəbul edilib.