Qohum olmayan şəxslərin donor olmasına razılığa rəy verilməsi üçün Etika Komissiyası yaradılır

Qohum olmayan şəxslərin donor olmasına razılığa rəy verilməsi üçün Etika Komissiyası yaradılır Azərbaycanda qohum olmayan şəxslərin donor olmasına razılığa rəy verilməsi üçün Etika Komissiyası yaradılır.
Milli Məclis
12 Mart , 2019 16:55
Qohum olmayan şəxslərin donor olmasına razılığa rəy verilməsi üçün Etika Komissiyası yaradılır

Azərbaycanda qohum olmayan şəxslərin donor olmasına razılığa rəy verilməsi üçün Etika Komissiyası yaradılır.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunda əksini tapıb.

Qanunun 30-cu (Etika Komissiyası) maddəsinə əsasən, qohum olmayan canlı donorlardan orqanın alına bilməsi ilə əlaqədar etik və hüquqi məsələlərin araşdırılması və müvafiq qərar verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı nəzdində ictimai əsaslarla Etika Komissiyası yaradılır. Komissiya tərkibi psixoloq və hüquqşünas da daxil olmaqla 5 nəfərdən təşkil edilir. Etika Komissiyası donorun şəxsiyyətini, könüllüyünü araşdıraraq qərar qəbul edir. Komissiyanın tərkibində və işində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakına yol verilmir. Etika Komissiyasına xəstələrin müraciəti koordinasiya mərkəzi tərəfindən, eyni mərkəzin konsilium qərarı əsasında olmalıdır.

Son xəbərlər

Orphus sistemi