“Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasına ciddi ehtiyac var. İnanıram ki, yay dövründə də bu qanun üzərində işlər gedəcək və payız sessiyasında qəbul olunacaq”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda övladsız ailələrin sayı çoxalır:
“Bu istiqamətdə dağılan ailələrin sayı da artır”.
“Türkiyədə bu cür ailələr iki dəfə tibbi sığorta ilə övlad sahibi olması istiqamətində dəstək ala bilirlər. Bizdə isə bir dəfə də olsun belə dəstək alınmır. Ona görə ki, icbari tibbi sığortaya daxil deyil. Həddindən artıq baha əməliyyatlardır. Hətta orta yaşayış səviyyəsində malik olan insanlar üçün ağırdır. Bizə müraciət edənlər də dəstək istəyirlər ki, qanun qəbul olunsun, icbari tibbi sığorta ilə həllini tapsın”, - o, vurğulayıb.