Qənirə Paşayeva: "Prezident təqaüdü ilə bağlı müraciətlərə baxmağa hazırıq"

Milli Məclis
  • 02 sentyabr, 2023
  • 07:43
Qənirə Paşayeva: Prezident təqaüdü ilə bağlı müraciətlərə baxmağa hazırıq
Qənirə Paşayeva

"Əgər yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər".

"Report" xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdırlar: "Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş verə bilər".

44 filmi