Tüstü bacalarına texniki xidmət qaydalarını pozanlarla bağlı yeni cərimə ilk oxunuşdan keçdi

Tüstü bacalarına texniki xidmət qaydalarını pozanlarla bağlı yeni cərimə ilk oxunuşdan keçdi Qaz qurğuları və qaz xəttlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xəttlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.
Milli Məclis
1 Fevral , 2022 13:18
Tüstü bacalarına texniki xidmət qaydalarını pozanlarla bağlı yeni cərimə ilk oxunuşdan keçdi

Qaz qurğuları və qaz xəttlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xəttlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.

"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi