Ötən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 20 nəfər barəsində cinayət işi başlanılıb.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, 129 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb, o cümlədən 8-i həbs edilib.
Həmin şəxslərdən 3 230 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, 285 ədǝd audio və videodisk, digər dini əşyalar, eləcə də 69 ədəd soyuq silah aşkar edilərək götürülüb.