Psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının siyahısı III oxunuşda təsdiqlənib.
Milli Məclis
21 Noyabr , 2023 16:30
Psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının siyahısı III oxunuşda təsdiqlənib.

"Report"un xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı” aşağıdakı redaksiyada verilir.

Layihə müzakirələrdən sonra III oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi