Yuxarı

Prezidentin köməkçisi: “Azərbaycan hökuməti zəruri hallarda siyasi partiyalarla dialoq aparır”

“Ölkədə söz-ifadə azadlığı təmin olunur”
© Report — Prezidentin köməkçisi Əli Həsənov

Bakı. 7 may. REPORT.AZ/ “Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib. Azərbaycan dövləti 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təəssüf ki, müstəqilliyin ilk illərinə Ermənistanın təcavüzünə məruz qalıb. Ölkənin o vaxtıkı rəhbəriliyi idarəçiliyi yerinə yetirə bilməmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin inkişafına nail oldu. Xalqımız Heydər Əliyevin xatirəsini daim əziz tutur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini stimullaşdırmaq üçün addımlar atır, ölkədə söz-ifadə azadlığı təmin olunur”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi xatırladıb ki, ölkədə 55 siyasi partiya, 5 mindən artıq kütləvi informasiya vasitəsi, 3 min qeyri-hökumət təşkilati qeydiyyatdan keçib.

Ə.Həsənov qeyd edib ki, Milli Məclisdə nümayəndəsi təmsil olunan siyasi partiyalara büdcədən maliyyə vəsaiti ayrılır: “Azərbaycan hökuməti zəruri hallarda siyasi partiyalarla dialoq aparır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi