Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılıb

Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılıb Bakı. 30 noyabr. REPORT.AZ/ Milli Məclis prezident seçkiləri ilə bağlı Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi arasında yaranan ziddiyyətin aradan qaldırılmasını nəzərdə tutan layihəni təsdiqləyib.
Milli Məclis
30 Noyabr , 2018 14:26
Prezident seçkiləri ilə bağlı Konstitusiya və Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Milli Məclis prezident seçkiləri ilə bağlı Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi arasında yaranan ziddiyyətin aradan qaldırılmasını nəzərdə tutan layihəni təsdiqləyib. 

“Report”un xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə edilən dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilib ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilib. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi