Peşə məktəblərində kredit sistemi təşkil olunacaq

Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
15 Oktyabr , 2021 13:23
Peşə məktəblərində kredit sistemi təşkil olunacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi