Pay torpaqlarının sənədləşdirilməsinə görə rüsumun tutulmaması barədə layihə I oxunuşda qəbul edilib

Pay torpaqlarının sənədləşdirilməsinə görə rüsumun tutulmaması barədə layihə I oxunuşda qəbul edilib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
15 Oktyabr , 2021 12:59
Pay torpaqlarının sənədləşdirilməsinə görə rüsumun tutulmaması barədə layihə I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi