Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklikləri təsdiqləyib.
"Report" xəbər verir ki, dəyişikliklə Milli Məclisin plenar iclaslarının videokonfrans sistemi ilə keçirilməsi üçün nəzərdə tutulan vaxt aradan qaldırılıb.
Nizamnaməyə dəyişikliklə, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər.
Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.