Parlamentin Hesablayıcı komissiyasının iclası keçirilib

Parlamentin Hesablayıcı komissiyasının iclası keçirilib Milli Məclisin Hesablayıcı komissiyasının yaz sessiyasında növbəti iclası keçirilib.
Milli Məclis
231
5 Fevral , 2021 14:05
Parlamentin Hesablayıcı komissiyasının iclası keçirilib

Milli Məclisin Hesablayıcı komissiyasının yaz sessiyasında növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda yaz sessiyasında komissiyanın qarşısında duran vəzifələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Komissiya sədri Eldar Quliyev iclasda çıxış edən zaman deyib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq Azərbaycan parlamenti 2020-ci ilin yaz, növbədənkənar və payız sessiyaları dövründə çox səmərəli fəaliyyət göstərib. Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentdə ciddi islahatlar aparılıb, deputatlar həm qanunvericilik sahəsində, həm də ölkənin ictimai-siyasi həyatında diqqətəlayiq işlər görüblər.

O vurğulayıb ki, 2020-ci ilin ən mühüm hadisəsi son 17 ildə Azərbaycanı sürətlə inkişaf etdirən, ən müasir silahlarla təchiz edilmiş ordu quruculuğuna nail olan dövlət başçısı İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə böyük Zəfər qazandığımız II Qarabağ müharibəsi oldu. Qalib ölkənin vətəndaşı kimi həmin qələbə ilə hər bir deputat şərəf və qürur duyur.

Komissiya sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində Milli Məclis tam tərkibdə çox böyük fəallıq göstərib. Hesablayıcı komissiyasının üzvü olan deputatlar da həqiqətin təbliği istiqamətində telekanallarda, KİV-lərdə, sosial şəbəkələrdə, beynəlxalq mediada çox aktiv çıxışlar ediblər. Azərbaycan Prezidentinin həmin günlərdə xarici dövlətlərin nüfuzlu media qurumlarına verdiyi müsahibələr Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasında, işğalçı dövlətin ifşasında misilsiz rol oynayıb.

Daha sonra çıxış edən komissiya üzvləri təklif və tövsiyələrini bildiriblər.

Son xəbərlər

Orphus sistemi