Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçiriləcək.
Bu barədə "Report"a MM-in Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ müzakirə olunacaq.
İclas barədə əlavə məlumat veriləcək.